Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 9 nəfər müəllimi rüşvət almağa görə işdən çıxarılıb.

Unikal.org bildirir ki, bu barədə "Ölkə.az-a ADİU-dakı etibarlı mənbə məlumat verib.

Məlumata görə, bu ayın əvvəlində universitetin 9 nəfər müəlliminin tələbələrdən ümumilikdə 620 min manat rüşvət alması faktının üstü açılıb. Bunu bilən ADİU-nun rektoru Ədalət Muradov dərhal həmin müəllimləri işdən qovub.
İşdən çıxarılanlar arasında Universitetin ümumi işlər üzrə sabiq prorektoru Elçin Əliyev, Tədris-Metodiki Mərkəzinin "Texniki və texnoloji ixtisaslar üzrə direktor müavini Nizami Musayev, Azərbaycan Dövlət İqtisad Universitetinin indiki prorektoru Şaiq Əsgərovun qardaşı və bacısı qızları da var.
İşdən çıxarılan bu şəxslərin kəsiri olan tələbələrdən 620 min manat rüşvət alması iddia olunur.
Hazırda sözügedən məsələ ilə əlaqədar rektorun tapşırığı ilə müvafiq araşdırma aparıldığı deyilir və yaxın vaxtlarda digər müəllimlərin də rüşvətə görə işdən çıxarılacağı gözlənilir.