Qoç- şəxsi münasibətlərdə irəliləyiş olacaq. Ciddi çətinliklər və problemlər olmayacaq. Yaxınlarınız yaxşı məsləhətlər verəcəklər. Axşam saatlarını dəyər verdiyiniz adamlarla keçirin. Onlarla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Xərçəng- yarımçıq işləri bitirməyincə yeni işlərə başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlar təşəbbüskar olmağınıza adət ediblər.
Şir- çətin situasiyada lider olun. Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər istisna deyil. Axşam saatlarına yaxın əhvalınızda pisləşmə ola bilər. Meditasiya və ya yoqa ilə məşğul olmaq mümkündür.
Qız- ambisiyalarınıza nəzarət edin. Rəqiblərlə sərt mübarizəyə başlamayın. Qüvvə və enerjinizə qənaət edin. Müvəqqəti olaraq kölgəyə çəkilin.
Tərəzi- düşünülməmiş, tələsik qəbul ediləcək qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə bilər. Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq məcburiyyətindəsiniz.
Əqrəb- tələskən olmayın. Düşünüb-daşınmadan qərar verməyin. Situasiyanı anlamağa çalışın. Bütün şərtləri dəqiq, səbrlə dəyərləndirin. Bundan sonrakı günlərdə riayət edəcəyiniz strategiyanı seçin.
Oxatan- sizdə kəskin antipatiya hissləri yaradan insanlardan uzaq durmağa çalışın. Onların mənfi təsirindən qorunmaq asan olmaya bilər. Aramla çalışın, orqanizmi sınağa çəkməyin. Arzular, illüziyalar və yaxın gələcəklə bağlı planlar arasında sərhədi dəqiq bilin. Əks təqdirdə yaxınlarınız sizi anlamayacaqlar.
Oğlaq- gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız, bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan verməyin.
Dolça- gəlirlər istisna deyil. Alış-verişə tələsməyin. Dürüst seçim etmək asan deyil. Müqavilələr, anlaşmalar və sövdələşmələrdə diqqətli olun. Kiçik detallara fikir verin. Qanuna tam riayət edin. Axşam saatlarında yaxınlarınıza yardım etmək üçün bəzi işlərdən imtina etmək zərurəti yaranacaq.
Balıqlar- ruhdan düşməyin, bədbinliyə qapılmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, bunu bacaracaqsınız. Dəstək vəd etmiş insanlara bel bağlamayın. Problemləri özünüz həll edin. Müstəqil çalışın. İradəli və qətiyyətli olsanız, niyyətinizi gerçəkləşdirə bilərsiniz. /milli.az/