Gəncədə bıçaqlanma olub.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində yerləşən yataqxanaların birində qeydə alınıb.
Orada yaşayan 1976-cı il təvəllüdlü Yaşar Rzayev qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır