Türkiyənin paytaxtı Ankaranın mərkəzi meydanı olan Kızılayın adı dəyişəcək. Meydan iyulun 15-də hərbi çevrilişə cəhdin qarşısı alınması zamanı şəhid olmuş Türkiyə vətəndaşlarının xatirəsinə "15 İyul Qızılay Demokratiya Meydanı" adlandırılacaq.
Unikal.org "Anadolu" agentliyinə istinadən bildirir ki, bunu Ankaranın meri Melih Gökçek deyib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının qarşısındakı meydan isə "15 İyul Şəhidləri Meydanı" adlandırılacaq.
Meydanın mərkəzində şəəhidlərin xatirəsinə abidənin ucaldılması da nəzərdə tutulur.