İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupun daha iki üzvü yaralanıb. Onlar hələ də binada qalmaqdadırlar.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib
"Danışıqlar davam etdirilir, polis əməkdaşları yaralılara tibbi yardımın göstərilməsini təklif edirlər, lakin silahlılar bu təklifi rədd edirlər, - deyə Aqaronyan bildirib.
Aqaronyan həmçinin xatırladıb ki, iyulun 17-də güllə yarası almış silahlılardan biri hələ də binada qalmaqdadır: "Polis əməkdaşları dəfələrlə ona tibbi yardımın göstərilməsini təklif edib, lakin qrup üzvləri bu təklifi qəbul etməkdən imtina ediblər, - deyə o bildirib.