ABŞ-ın Kolumbiya şəhərində (Kaliforniya ştatı) Cessna 310 tipli kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb.

İnsident təyyarə eniş edərkən baş verib. Yerə çırpılandan sonra təyyarə yanıb.

Hadisə ilə əlaqədar ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli İdarəsi araşdırmalara başlayıb.