Fetullahçı Terror Təşkilatının (FETÖ) istintaqı çərçivəsində Samsunda xaricə qaçmaq istəyən iş adamları T.Y. və köməkçisi İ.D. saxlanılıblar.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, çevriliş cəhdi sonrası ölkə daxilində keçirilən istintaq axtarış əməliyyatı zamanı Samsun Təhlükəsizlik Xidməti Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinə iş adamı T.Y.-nin ölkədən qaçacağı barədə məlumat daxil olub. Eyniadlı şəhərin hava limanında əməliyyat keçirən polis T.Y.-ni üzərində 1 milyol TL ilə saxlayıb. Yanında köməkçisi olduğu iddia edilən İ.D. də T.Y. ilə polis bölməsinə gətirilərək ifadələri alınıb.