Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

Unikal.org -un "Reporta istinadən xəbərinə görə, paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini 26 yaşlı Mehri Süleymanovanın idarə etdiyi "Chevrolet markalı avtomobil Mərakeş Krallığı vətəndaşı 30 yaşlı Muhammed Briouelin idarə etdiyi "Hyundai markalı avtomobil ilə toqquşub.
Hər iki sürücü xəsarət alıb. Yaralılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Hyundai markalı avtomobil Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə məxsusdur.