Yeni icad edilən bu geyim havanın çirklənməsi zamanı rəngini dəyişir.
ABŞ dizayneri Nikolas Bentelin təsis etdiyi "Aerochromics şirkəti havada zərərli maddələrin təhlükəli konsentrasiyasını müəyyənləşdirərək rəngini dəyişən "ağıllı geyim yaradıb.
Unikal.org-un məlumatına görə, istehsal xəttinə üç uzunqol futbolka daxildir.
Onlardan biri havada dəm qazının yüksək konsentrasiyasını (yüksək konsentrasiyası zəhərlənmə və hətta ölümə səbəb olan karbon monooksidi), digəri havanın bərk mikrohissəciklərlə, üçüncüsü havanın radioaktiv maddələrlə çirklənməsini müəyyən edir.
Kimyəvi preparatlar dəm qazına reaksiya verərək qara zolaqları ağ rəngli edir. Bərk mikrohissəcikləri müəyyənləşdirən futbolkaya çirklənmənin səviyyəsi yüksək olan zaman geyimin rəngini dəyişən istilik panellərini aktivləşdirən qoruyucu sensorlar quraşdırılıb (söhbətin termohəssas rənglərdən getdiyi ehtimal edilir).
"Smart futbolkaların iş prinsipi mürəkkəbdir və şirkət bu barədə ətraflı məlumat vermir. Məsələn, karbon monooksidinin konsentrasiyasını müəyyənləşdirən maykanın rəngi boyaq maddəsinin tərkibinə daxil olan kimyəvi maddələr vasitəsilə dəyişir.