Ukraynanın Sumskaya vilayətində "Ukroboronprom dövlət konserninin obyektində baş vermiş partlayış nəticəsində NATO nümayəndəsi daxil olmaqla, 3 nəfər ölüb.

Unikal.org-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış utilizasiya üçün gətirilmiş döyüş sursatlarının qəbulu zamanı baş verib.

Ukraynanın Mərkəzi Region Hərbi Prokurorluğunun məlumatına görə, insident nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Məlumata görə, hadisə zamanı yeddi ədəd X-27 "yer-hava tipli raket partlayıb.