İrəvanda post-patrul xidməti polkunun binasını ələ keçirmiş silahlı qruplaşma hüquq-mühafizə orqanlarının işçiləri ilə atışmanı davam etdirir.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan öz facebook səhifəsində bildirib.
O həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları silahlı qruplaşmanın daha iki üzvünü yaralayıblar.