Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızıltorpaq kəndi ərazisidnə qeydə alınıb. Rayon sakiniYaşar Məmmədovun idarə etdiyi "Zil" markal yük avtomobillə Nazim Mürsəlovun idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "Vaz"-ın sürücüsü, 53 yaşlı Nazim Mürsəlov dünyasını dəyişib, digər 4 sərnişin, Tovuz rayon sakinləri Xəyal Cəfərov, Fəhməddin Qasımov, Qara Abbasov, Şahin Qasımov ağır bədən xəsarətləri alaraq Gədəbəy rayon xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.