Azərbaycanda bank filiallarından birində basqın edilib. Hadisə "Accessbank QSC-nin "Beyləqan filialında qeydə alınıb.

Unikal.org Tesiz.az-a istinadən bildirir ki, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən "Accessbank QSC-nin "Beyləqan filialından "həyəcan siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.
Bu zaman bankın "Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.

Rəhim Nəbiyev Beyləqan rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.