Türkiyənin Bingöl vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb. 

Hadisə zamanı 5 polis əməkdaşı ölüb, 4-ü isə yaralanıb.

Unikal.org-un məlumatına görə, bu barədə "Milliyyet" qəzeti xəbər verib.

Qəzet yazır ki, partlayış polis avtobusunun həmin yoldan keçərkən yerli vaxtla saat 17:45-də baş verib. Hadisə nəticəsində yaralanan polislər xəstəxanaya yerləşdiriliblər