Meksikada 2015-ci ilin dekabrından bu günədək 1280 hamilə qadında Zika virusuna yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə Meksika Səhiyyə nazirliyinin açıqlamasında deyilir.İndiyədək 612 qadının qanında bu təhlükəli virus tapılıb.

Ötən gün hamilə qadının Zika virusuna yoluxması halı ilk dəfə olaraq Avropada qeydə alınıb. Xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan Zika virusu mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən kiçilməsi) səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3-4 mln insanın Zika virusuna yoluxacağını proqnozlaşdırır. Virusa yoluxma əsasən milçək və ağcaqanadlar vasitəsilə baş verir. Hazırda bu virusa qarşı vaksin mövcud deyil.