Salyanda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Yasəmən Kərimova özünü yaşadığı ünvanda asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.