İrəvanda Post-Patrul Xidməti alayının binasının zəbt olunmasından sonra Ermənistanda silah satışı qadağan edilib.

Unikal.org-un Trend-ə istinadən məlumatına əsasən, bu barədə Ermənistanın "Aykakan jamanak" qəzeti yazıb.

"Baş vermiş hadisələrdən sonra xüsusiləşdirilmiş silah dükanlarında yalnız qeydiyyat tələb etməyən və təhlükə yaratmayan pnevmatik silahın satışına icazə var. Digər silahlar satışdan yığışdırılıb. Polis bu silahları rəsmi qeydiyyata almaqdan imtina edib".

Qəzet yazıb ki, polis, həmçinin, ovçulardan silahlarını təhvil vermələrini tələb edib.