Bu gün səhər saatlarında Bakı şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "Kia Sorento" avtomobili "Hell Energy International Ltd" şirkətinə məxsus olan avtomobili arxadan vurub.
Unikal.org bildirir ki, hadisə yerindən bizimyol-a göndərilən foto və videogörüntüdən məlum olur ki, hadisə nəticəsində şirkətin istehsal etdiyi "Hell" enerji içkiləri yola dağılıb. Fürsətdən istifadə edən sürücülər isə yoldan energetik içkini götürüb yoluna davam ediblər.
Onu da bildirək ki, hadisə nəticəsində ölən və xəsarət alanlar olmayıb.