"Türkiyədə Telekommunikasiya və Rabitə İdarəsi (TİB) ləğv ediləcək".
Unikal.org türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz TİB-i bağlayacağıq. Bu qurumun işçiləri ilə də bağlı ciddi tədbirlər görüləcək. Çünki ölkədə bütün pis əməllərin törədildiyi məkanlardan biri də bu qurumdur. Bununla bağlı İnformasiya Texnologiyaları və Rabitə Şurası lazımi addımları atacaq"-deyə, Türkiyə prezidenti söyləyib.