Bu gün axşam saatlarında Türkiyənin paytaxtı Ankarada 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Unikal.org-un məlumatına görə, zəlzələnin yerli vaxtla saat 22:30-da baş verdiyi bildirilir. Zəlzələnin episentri Qalacıq elçəsinə düşüb. Hər hansı dağıntı və tələfatla bağlı bilgi yoxdur.
Qeyd edək ki, ötən gün Azərbaycanın bir çox rayonlarında 4 bal civarında yeraltı təkanlar qeydə alınıb. Zəlzələ nətcəsində tələfat olmayıb, yalnız bir neçə binanın divarında çatlar müşahidə edilib.