Dmitri Medvedyevin istefaya göndəriləcəyi haqda yayılan informasiya spekulyasiyadır.

Unikal.org axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibiDmitri Peskovsöyləyib.

Onun sözlərinə görə, Rusiya hökumətinin tərkibində də heç bir dəyişiklik gözlənilmir.

Qeyd edək ki, bundan öncə "Faynənşl Tayms" qəzeti parlament seçkisindən sonra Medvedyevin istefaya göndəriləcəyi və onun yerinə keçmiş maliyyə naziriAleksey Kudrinin gətiriləcəyi haqda informasiya yayıb.