İrəvanın mərkəzində Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirilib.

Unikal.org-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, mitinqə "Təsis parlamenti hərəkatının üzvü Arutyun Aslamazyan rəhbərlik edib.

O, bildirib ki, əhali silahlı qrupun üzvlərinin azad olunması üçün yenidən toplaşıb.

A. Aslamazyan qeyd edib ki, mitinq kortəbii xarakter daşıyır və istənilən şəxs çıxış edə bilər.