Fransanın paytaxtı Parisdə daha bir olay yaşanıb. Şəhərin həndəvərindəki Sen-Denidə 12 müsəlman radikal 170 saylı marşrutla hərəkət edən sərnişin avtobusunun qarşısını kəsiblər.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, onlar "Allahu əkbər!" qışqıraraq avtobusa Molotov kokteyli olan butulkalar atıblar.

Avtobus alışıb yanıb. 15 sərnişin qaçıb xilas olmağı bacarıblar.
Hadisə yerinə yollanmış xüsusi təyinatlı polis 4 nəfəri saxlayıb.
Hücumun polis idarəsində 24 yaşlı müsəlman Adam Traorenin vəfatına etiraz aksiyası olduğu vurğulanır.

Adam Traore iyulun 19-da Parisdən 21 km şimaldakı Bomon sür Uaz şəhərciyindəki polis idarəsində, kamerada keçinib.
Rəsmi məlumata görə, onun ölüm səbəbi asfiksiya (boğulma) olub.