15 iyul dövlət çevrilişinə cəhd zaman FETÖ-ya bağlı hərbiçilərin Baş nazirin iqamətgahı olan Çankaya köşkünə hücumunun görüntüləri yayılıb.
Unikal.org publika.az-a istinadən bildirir ki, hərbiçilər tankla binaya hücum edir. Lakin vətəndaşlar tankların önünə keçərək, hücumun qarşısını almağa çalışırlar. Həmçinin, binanın ətrafında silahlı atışmalar da baş verir.
Nəticədə hücum edən hərbiçilərin qarşısı alınıb və dövlət çevrilişi cəhdi baş tutmayıb.