FETÖ ABŞ-ı da ələ keçirəcək. Özləri belə deyirlər. Təşkilatlandıqları 160 ölkənin hamısını vətən olaraq qəbul edirlər və gec-tez oraları da ələ keçirəcəklər. Bu baxımdan, biz, sadəcə, iqtidar olaraq deyil, millət olaraq azğın bir təşkilatla üz-üzə qalmışıq.
Unikal.org publika.az-a istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Onun sözlərinə görə, FETÖ üzvləri özlərini dünya vətəndaşı hesab edirlər: "Bunlar Həsən Sabbahın (haşhaşilərin lideri-red.) yolunu gedənlərdir. Allahın adını istismar edərək, milləti aldatdılar. Milləti "xidmət" deyib soydular. Hələ nöqtəni qoymamışıq. Bu, bir vergüldür və bu, iş davam edir. Geriyə addım yoxdur. Meydanı nə FETÖ, nə PKK, nə də İŞİD-in xəyanətkar şəbəkələrinə buraxmayacağıq".