Azərbaycanda meşəyə gəzmək üçün gedən şəxslər itkin düşüblər. 

Unikal.org FHN saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Siyəzən rayonu, Qalaaltı kəndində 10 nəfərin meşədə azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin ediblər.