Bu gün Bakı Apellyasiya Məhkəməsində "Qanun Nəşriyyat Evində aparılan axtarışla bağlı verilən şikayət üzrə məhkəmə keçirilib

Unikal.org xəbər verir ki, bu barədə vəkil l Elçin Sadıqovun özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, məhkəmə şikayəti təmin etməyib. Vəkil qərardan Avropa Məhkəməsinə şikayət edəcəklərini deyib.
Qeyd edək ki, iyunun 11-də polis əməkdaşları "Qanun nəşriyyat evində axtarış aparıblar. Polis əməkdaşları nəşriyyatda şübhəli saydıqları bəzi çap məhsullarını, qəlibləri götürüblər.
Həmin axtarışın qanunsuz hesab edilməsi ilə bağlı nəşriyyat Xətai rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Bundan sonra apellyasiya şikayəti verilib.