Stress, iş gərginliyi, qeyri-sağlam qidalanma kimi faktorlar nəticəsində artan miqren tutmaları yayın isti günlərində həyatı çətinləşdirir. Miqren xəstələrinin yay mövsümünü rahat keçirmələri üçün bəzi tədbirlər görmələri lazımdır.  

Unikal.org xəbər verir ki, Aile.lent.az türkiyəli nevroloq Funda Uysal Tanın miqreni nəzarət altında saxlamaq üçün məsləhətlərini təqdim edir.

İlk növbədə onu bildirək ki, miqrenin cəmiyyətdə müşahidə edilmə nisbəti 10-15 faizdir. Ümumiyyətlə, tutma formasında ortaya çıxan, tez-tez başın bir tərəfində başlayan ağrılara səbəb olan miqren bəzən ürək bulanma, qusma, işıq və səsə qarşı həddindən artıq həssaslıq kimi şikayətlərlə özünü göstərir. Həkim deyir ki, bu sağlamlıq problemi genetik olaraq keçir: "Qadınlarda hormonal səbəblərə bağlı olaraq daha tez-tez müşahidə edilir. Yaranma səbəbi tam məlum olmasa da, miqreni oyadan səbəblər arasında stress, gərgin, nizamsız iş və düzgün olmayan qidalanma, yuxu-oyanıqlıq arasındakı dəyişikliklər var. Bu fərdi faktorlarla yanaşı, hava, mövsüm dəyişikliyi, yay saatına keçmə kimi bədən bioritminə təsir edən ümumi faktorlar də miqren hücumlarına səbəb olur.

İstilik, təzyiq və nəm səviyyəsindəki dəyişikliklər, küləkli hava da miqren tutmalarını artırır. Qandakı oksigen səviyyəsini aşağı salan yüksək hündürlük, hava çirkliliyi, davamlı bağlı mühitdə olmaq, ani isti-soyuq dəyişiklikləri, kondisionerli mühitlərdə çox vaxt keçirmək də miqreni qıcıqlandıran faktorlar arasındadır. Mütəxəssis buna görə də yay aylarında miqren hücumlarının daha çox artdığını vurğulayır: "İsti yay günlərində miqren ağrısıyla xəstəxanaya müraciət edənlərin sayında ciddi artım müşahidə edilir. Aparılan araşdırmalar sübut edib ki, hava istiliyində hər beş dərəcə yüksəlmə baş ağrısı şikayəti ilə təcili yardıma müraciət edənlərin sayının 7,5 faiz artmasına səbəb olur. Yay aylarında nəmli havada tərləmə çətinləşdiyi üçün bədənin soyuması da çətinləşir. Günvurma, halsızlıq və həddindən artıq su itkisi nəticəsində baş ağrıları da artır.

Tez-tez başı ağrıyan və bunun miqrenin əlaməti olub-olmamasından şübhələnən şikayətçilər əvvəlcə "miqren testi" etdirməlidirlər. Funda Uysal son üç ay ərzində gündəlik işlərinə təsir edən və ya həkimə müraciət etməyə vadar edən baş ağrısı yaşayanların bu testdən keçmələrini tövsiyə edir. Mütəxəssis oxucular üçün də kiçik bir test təklif edir. Aşağıdakı suallardan ikisinə və ya hamısına "Bəli" cavabı verənlərin miqren xəstəsi olma ehtimalı 93 fazidir.

- Mədənizdə narahatlıq və ya bulanma hiss edirsiniz?

- İşıq sizi başınız ağrımadığı vaxtlarda da çox narahat edir?

- Baş ağrıları işinizi və gündəlik fəaliyyətinizi ən az bir gün məhdudlaşdırırmı?

Miqrenin səbəb olduğu baş ağrılarının müalicəsi kəskin ağrının qarşısını almağa istiqamətlənən və qoruyucu müalicələr olaraq planlaşdırılır. Bu səbəbdən də miqren diaqnozu qoyulduqdan sonra müalicələrin planlaşdırılması da xəstəliyin necə davam etməsi baxımından əhəmiyyət kəsb edir: "Miqren sahəsində mütəxəssisin fikrinə əsasən müalicə aparılmalıdır. Əks təqdirdə yalnız ağrı olduğunda istifadə edilən sadə ağrıkəsicilər xəstəliyin xronikiləşməsinə və qoruyucu müalicələrə qarşı müqavimətli hala gəlməsinə yol aça bilər.

Miqren xəstələri yay aylarını rahat keçirmək üçün bunlara diqqət etməlidirlər:

1. Nizamlı yatmaq, balanslı qidalanmaq, nizamlışəkildə yüngül məşqlər etmək.

2. Yayda günəş şüalarının pik saatlarında çöldə çox qalmamaq, mütləq papaqvə günəş eynəyindən istifadə etmək.

3. Qəfil istidən soyuğa,soyuqdan istiyə düşməkdən çəkinmək. Çox isti mühitdən birdən-birə kondisoinerli, soyuq yerə getməmək.

4. Kondisionerli və bağlı mühitlərdə uzun müddət qalmamaq.

5. Maye qəbulunu artırmaq, siqaret və spirtli içkilərdən uzaq durmaq, çay və qəhvədən az istifadə etmək.