Avqustun 14-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti günəşli olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometereologiya Departamentindən unikal.org-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 25-30 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacağı gözlənilir
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.