Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraİtinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

ETSN-nin Milli Hidrometereologiya Departamentindən unikal.org-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
Azərbaycanın rayonlarında avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.