Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, müşavirədə Referendum Aktı layihəsinin mahiyyəti və əhəmiyyəti, Konstitusiyada 18 maddənin müvafiq hissələrinin çıxarılması, yeni 6 maddənin əlavə edilməsi, 24 maddəyə dəyişiklik olunması barədə penitensiar müəssisələrdə həbs edilmiş şəxslərə və məhkumlara izahat verilməsinin zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda Mərkəzi və Dairə seçki komissiyalarından referendumla bağlı sənədlərin və əyani təbliğat vasitələrinin alınması, maarifləndirmə məqsədilə məlumat guşələrinin, radio və televiziya verilişlərini izləmək üçün müvafiq şəraitin yaradılması, onların Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş vəsiqə nümunələri ilə təmin edilməsi, səs vermək hüququ olan şəxslərin siyahılarının tərtib olunması və vaxtında dairə seçki komissiyalarına göndərilməsi, səsvermə prosesini təşkil edən və müşahidəsini aparacaq şəxslərin penitensiar müəssisələrə daxil olması qaydalarına əməl edilməsi məqsədilə müəssisələrin mühafizəsini həyata keçirən bölük komandirləri ilə treninqlərin keçirilməsinin vacibliyi və müvafiq tədbirlər planında nəzərdə tutulmuş göstərişlər bir daha vurğulanıb.
Referendumla bağlı müşavirə - Bu məsələlərin zəruriliyi qeyd edildi
19:30 13-08-2016
CƏMİYYƏT
Azərbaycanda keçiriləcək referendumla əlaqədar Penitensiar Xidmətdə müşavirə keçirilib.
Hərbiləşdirilmiş qurumlarda və penitensiar müəssisələrdə səsvermənin
qanunvericiliyə uyğun keçirilməsi, səsvermə prosesində iştirak edəcək
məntəqə seçki komissiyası üzvlərinin, müşahidə etmək hüququ olan
şəxslərin, hərbi qulluqçuların, həbs edilmiş şəxslərin və məhkumların
təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi,
üzərilərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün müvafiq şəraitin
yaradılması müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.
Digər Xəbərlər
2025-01-10 00:50:15
2025-01-09 23:58:02
2025-01-09 19:44:35
2025-01-09 19:17:23
2025-01-09 19:06:22
2025-01-09 18:57:33
2025-01-09 18:42:31
2025-01-09 18:32:37
2025-01-09 18:28:52
2025-01-09 17:17:04
2025-01-09 17:08:00
2025-01-09 16:47:00
2025-01-09 16:35:53
2025-01-09 16:35:00
2025-01-09 16:31:00
2025-01-09 16:24:28
2025-01-09 16:22:00
2025-01-09 15:59:00
2025-01-09 14:51:18