Dağıstanın Məhərrəmkənd rayonunda polisə atəş açan silahlı öldürülüb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, sənədlərin yoxlanılması üçün saxlanılan avtomobilin sürücüsü polislərə atəş açıb.
Cavab atəşi ilə silahlı öldürülüb. Öldürülən silahlının şəxsiyyəti müəyyənləşdirilib. O, "Cənub silahlı qrupunun üzvü olan həmin şəxs bir sıra cinayətlərə görə fevral ayından axtarışda olub.