"Florida Guld Coast Universitetinin tədqiqatları, tənbəl insanların əslində digər insanlara nisbətən daha ağıllı olduğunu göstərir.

Unikal.org Technote-yə istinadən xəbər verir ki, tədqiqatlar bir növ Bill Qeytsin "Mən həmişə vacib vəzifələr üçün tənbəl insanları işə alıram. Çünki, tənbəl insanlar çətin bir problemin ən sadə həllini tapırlar ifadəsinin əsasını təşkil edib.

Bu cümlə üstündə çox ciddi mübahisələr olsa da, hətta sözü Qeytsin deyib demədiyi barədə hərarətli bir şəkildə mübahisələr edilsə də, Amerikanın Florida ştatında yerləşən Gulf Coast Universitetinin tədqiqatları Qeytsin sözünü elmi cəhətdən doğrulayıb.

Universitetin IQ ilə tənbəllik arasındakı əlaqəni sınamaq üçün reallaşdırdığı testlər, yüksək IQ-su olan şəxslərin bir mövzudan çox gec sıxılaraq həmin mövzuya fokuslanması və bu səbəbdən birdən artıq işi qısa bir vaxt içinə sığdırmaq istəmədiyini göstərir. Aşağı IQ-ya sahib şəxslər isə o anda etdikləri işdən hər an uzaqlaşa bilmə hissinə sahib olduqları üçün daha hərəkətli, birdən çox iş arasında keçid edə bilən işçilər olurlar.

Tədqiqat komandasının bir həftə ərzində sınaqdakı insanların həyatlarını izləmələri, bir mövzu üstündə fokuslananların az hərəkət etdikləri, ciddi bir şəkildə bir mövzu haqqında düşünməyən insanların isə daha çox hərəkətli bir həyata sahib olduqları nəticəsinə gətirib çıxarıb.