Kirayə bazarında canlanma müşahidə olunur. Ev axtaranlar isə əsasən yeni tələbə adını qazananlar və onların valideynləridir. Tələbələrin Bakıya axını evlərin qiymətinə də təsir edib.Hazırda evlərin kirayəsində 20-30%dək artım var.
Qiymətlər isə müxtəlifdir. Ən çox tələbat ali məktəblərin yerləşdiyi rayonlara və metrostansiyası yaxınlığında olan mənzillərədir. Bu qiymətlərə də öz təsirini göstərir. Xüsusilə elemlər akademiyası metrosu ətraflarında isə 1 otaqlı evlər 300 manatdan, 2 otaqlılar isə 350-380 manatdan başlayır. (qrafika) nərimanov metrosu yaxınlığında da qiymətlər 300-340 manat civarında dəyişir.
Əhmədli, Neftçilər metrosu istiqamətlərində 1 otaqlı evi 250 manat, 2 otaqlını 300 manata tapmaq mümkündür. Tələbələr də qiymət baha olduğuna görə ev tapmaqda çətinlik çəkirlər. Qiymətlər qalxdığına görə bir çoxları əşyası az və şəraiti zəif olan evlərə üz tutur.