Rusiyanın ən böyük neft şirkəti olan "Rosneftin bu ilin ilk yarısındakı xalis mənfəəti 2015-ci ilin eyni dövrü ilə müqayisədə 45,8 faiz azalıb.

Unikal.org-un məlumatına görə, şirkətdən edilən şərhdə "Rosneftin xalis mənfəətinin bu ilin ilk yarısında 2015-ci ilin eyni dövrünə nisbətdə 45,8 faiz azalaraq 103 milyard rubla gerilədiyi bildirilir.

Şirkətin gəlirləri də bu ilin ilk 6 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq 2,28 trilyon rubla düşüb.