Səudiyyə Ərəbistanından olan alimlər tərəfindən nanokristaldan yaradılmış material məlumatları işıq kanalı üzrə 2 giqabaytadək sürətlə ötürməyə imkan verir.

Unikal.org "mail.ru saytına istinadən xəbər verir ki, alimlər işıq mənbələrinin köməyi ilə məlumatların simsiz ötürülməsi üsulu "VLC texnologiyasını təkmilləşdirməyə çalışıb. Xüsusi işıq diodları insan gözü üçün görünməz olan yüksək tezliklə sayrışır. Belə siqnallar hazırda məlumatı saniyədə 500 meqabitədək sürətlə ötürə bilir.

Bu yeniliyin müəlliflərdən biri Osman Bakra tezliklə işıq diodu lampalarının nanokristallardan hazırlanmış yarımkeçiriciləri əvəz edəcəyinə ümid edir.