Rusiyanın Müdafiə Nazirliyi İranın Həmədan şəhərində Tu-22M3 strateji bombardmançılarının olduğunu az öncə təsdiqləyib.

Unikal.org bildirir ki, nazirliyin yaydığı açıqlamada Rusiyanın Hərbi-Kosmik Qüvvələrinə məxsus Tu-22M3 strateji bombardmançı və Su-34 bombardmançılarının Həmədan yaxınlığında yerləşən, İran Hərbi-Hava Qüvvələrinin 3-cü taktiki aviabazasında yerləşdirildiyi etiraf olunub.

Bu gün həmin təyyarələr Həmədandakı aviabazadan səmaya qalxaraq Suriyadakı hədəfləri bombalayıblar.

--------

11:50

Rusiya Hava-Kosmik Qüvvələrinin (ZKQ) Tu-22M3 strateji bombardmançıları İranın Həmədan şəhərinin yaxınlığındakı aviabazada peyda olublar.
Milli.Az CNN-ə istinadən bildirir ki, Rusiya və İranın müdafiə nazirlikləri bu sensasiyalı məlumatı nə təkzib, nə də təsdiq ediblər.
İranın şimal-qərbindəki Həmədan şəhərinin yaxınlığında ölkə Hərbi-Hava Qüvvələrinin 3-cü taktiki aviabazasında Rusiyanın Tu-22M3 strateji bombardmançı təyarələri ilə yanaşı, İl-76 ağır hərbi-nəqliyyat təyyarəsi də uçuş zolağına enib.
Olayın fotolarını Warfare Worldwide yayıb.