Milli Məclisin sabiq deputatı Etibar Hüseynovun qızı Maral Hüseynova işdən çıxarılıb.

Unikal.org bizimyol.info-ya istinadən xəbər verir ki, eks deputat Etibar Hüseynovun qızı, Maral Hüseynova çalışdığı "Xəzər TV-dən işdən çıxarılıb. Telekanaldan etibarlı mənbənin saytımıza verdiyi məlumata görə, Maral Hüseynova xəbərlər xidmətində çalışıb və o telekanalda gedən dəyişiklik səbəbindən, bir neçə gün bundan əvvəl işdən çıxarılıb.