Bu dəqiqələrdə təhlükəsizlik tədbirləri səbəbilə Türkiyə parlamentinin giriş qapıları bağlanılıb.
Unikal.org Milli.az-a istinadən bildirir ki, baş nazir Binali Yıldırım AKP-nin qrup toplantısında danışarkən parlamenti mühafizə edən polis briqadasına həyəcan siqnalı verilib. Hazırda parlamentə heç kim buraxılmır.
Məlumatlara görə, Hakkari və Şırnakın şəhər statusunun alınmasına etiraz edən PKK-nın siyasi qolu HDP yönümlü bir qrup parlament qarşısına hərəkət edir.
Bu qrupun parlamentdəki HDP-çi deputatlara qoşularaq Məclisə girmək istəmələri səbəbindən parlamentin qapılarının bağlandığı qeyd edilir.