Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Şəki Sərhəd Dəstəsinin rəisi, polkovnik-leytenant Müzəffər Pirizadə çıxış ediblər.
Tədbirdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında genis məlumatlar verilib, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılıb.
Daha sonra sərhədlərimizin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələr və fəxri-fərmanlarla mükafatlandırılıblar. Tədbirdə qəhrəman sərhədçilərdən bəhs edən sənədli filmə baxış keçirilib.