Yay mövsümü uşaq üçün hovuz və dənizə girmək, açıq havada oyun məkanlarında oynamaq və gəzmək üçün əla şansdır. Yeni uşaq sahibi olan valideynlər də körpələrlə birlikdə gözəl havanın dadını çıxarmaq istəyir. Lakin bu gözəl günlərin peşmanlığını çəkmək yaxşı olmaz. ona görə də körpələri və uşaqları yayın qızmar günəşinin mənfi təsirlərindən qorumaq lazımdır.

Uşaqları gündən qorumaq üçün bunları etməyinizi məsləhət görülür.

1. Kondisionerdən uzaq saxlayın

Kondisioner istifadəsindən uzaq dayanmaqda fayda var. Əgər istifadə ediləcəksə mütləq bakteriya filtrinin olmasına diqqət edin. Kondisionerin soyuq hava üfürən fanlarının yeni doğulmuş körpə və uşaqlara birbaşa olaraq təmas etməsinə imkan verməyin.

2. Günəşdən qoruyun

Günəç altında 15 dəqiqədən çox günəşlənmək məsləhət deyil. Günəş şüalarının qızmar olduğu vaxtlarda - saat 11.00 - 16.00 arasında körpə və uşaqları çölə çıxarmamağa çalışın. Gündəlik 15 dəqiqə günəş işığı lazım olan D vitamini almaq üçün kifayətdir. Günəş kremlərindən lazım olduğundan çox istifadə etmək D vitamini istehsalını azaldaraq toksik maddələrin bədəndə yığılmasını asanlaşdırdığı üçün ölçülü miqdarda istifadə edin. Körpə çölə çıxarıldıqda başına pambıqlı bir şapka qoysanız günəşdən qorumağa dəstək olar.

3. Turşulu və qazlı içkilər verməyin

Uşaqlar yay mövsümündə bol miqdarda su içməlidir. İçkilər arasında təzə meyvə suyu və ayran da təklif edilir. Bədənin ph dəyərini pozaraq sağlamlıq problemlərinə səbəb olan qazlı və turşulu içkilərdən də uzaq saxlayın. Ara paylarda təzə meyvə və tərəvəz yemələri məsləhətdir. İsti mühitdə mikroblar sürətlə törəyir. Təzə qida yemələrinə və istehlak qidaların gigiyenasına də xüsusi diqqət edilməlidir. Zehnlərini inkişaf etdirən üzmə kimi müxtəlif idman fəaliyyətlərinə cəlb etmək faydalı olar.

4. Pambıqdan olan paltar geyindirin

Körpə və uşaqları geyindirərkən paltarların rahat, açıq rəngli və pambıq parçadan olması böyük əhəmiyyət daşıyır. Havanın sərbəst daxil olması və çıxmasını təmin edən pambıqlı parçalar, eyni zamanda tərləməyin də qarşısını alır.

Ağız quruluğuna diqqət edin

Həkimlər məsləhət görməyənədək yeni doğulan körpələrə ana südü xaricində su verilməsi məsləhət görülmür. Ancaq qızdırmalı xəstəliklər, ishal kimi maye ehtiyacının artığı bəzi müstəsna hallarda su verilməsinə ehtiyac ola bilər.

Körpəyə əlavə qida verilirsə, qidanın üzərində yazılan istifadə talimatına görə hazırlanmalıdır. İsti yay günlərində əlavə qidanın hazırlanma formasından asılı olaraq su ehtiyacı arta bilər. Körpədə davamlı ağlama, ağız quruluğu, normaldan az sidiyə getmə və ya bezində çəhrayı-narıncı rənglər görürsünüzsə bu qeyri-kafi qidalanma və ya susuzluğa işarə ola bilər. Belə bir vəziyyətlə qarşılaşdıqda mütləq həkimə müraciət edin.

(lent.az)