Türkiyənin baş naziri Binəli Yıldırım, CHP sədri Kemal Kılıçdaroğlu və MHP sədri Devlet Bhçeli bir araya gəlib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, mətbuata qapalı keçirilən görüş bu gün səhər 10:00 radələrində başlayıb. Birlik və bərabərlik ruhunun davam etdirilməsi məqsədi ilə keçirilən görüşdə həmçinin FETO-nun çevriliş cəhdi, terrorla mübarizə, konstitusiya kimi məsələlərin də müzakirə ediləcəyi deyilir.