Rusiyanın "Pyatnitsa" kanalında yayımlanan "Veryu - ne veryu" ("İnanıram - inanmıram") verilişinin növbəti buraxılışı Bakıya həsr olunub.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, aparıcı Andrey Bednyakov çəkiliş prosesində xarici ölkələrə səfər edir, turistlər üçün gözəl məkanları nümayiş etdirir.

Bu dəfə Bakıya gələn Andrey paytaxtımızın tarixi yerlərini gəzərək tamaşaçılara maraqlı məlumatlar verib. Verilişdə meyxanaçı Ehtiram və İntiqam qardaşları da qonaq olublar.

"Veryu - ne veryu"nun həftənin şənbə günü yayımlanan sözügedən buraxılışını aşağıdakı linkdən izləyə bilərsiniz.