Livanın "Əs-Səfir" qəzeti Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın Suriyaya səfər etdiyini açıqlayıb.
Unikal.org axar.az-a istinadən bildirir ki, qəzet gizli səfərin dünən baş tutduğunu deyib.
Fidan paytaxt Dəməşqdə suriyalı həmkarı ilə görüşüb. Görüşün detalları barədə məlumat verilməyib.
Ayrıca Hakan Fidanın Bəşər Əsədlə görüşüb-görüşmədiyi də qaranlıq qalıb.