Fransanın sabiq prezidenti Nikolya Sarkozi2017-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.

Unikal.org "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə onun "Hər şey Fransa üçün" kitabının çapdan çıxması ilə əlaqədar edəcəyi açıqlamada bildiriləcək. Kitab bir növ N.Sarkozinin siyasi proqramı da sayıla bilər.

Yeni nəşr avqustun 24-də satışa çıraxılacaq.

"Mən 2017-ci il prezident şeçkilərində namizədliyimi irəli sürmək qərarına gəlmişəm. Bu, mənim borcumdur", - deyəkitabdan sitat gətirilir.