Türkiyə Avstriyadakı səfirini məsləhətləşmək üçün Ankaraya geri çağırır.
Unikal.org"Star" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
"Son hadisələrlə bağlı, habelə Avstriya ilə münasibətlərə yenidən baxmaq üçün Vyanadakı səfirimizi Ankaraya çağırdıq" - deyə xarici işlər naziri bildirib.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada terrorrçu PKK-a dəstək aksiyası keçirilib. Aksiya zamanı kürdlərlə türklər arasında toqquşma baş verib.