Hakan Şükürlə bağlı qərar verilib.
Unikal.org ölkə.az-a istinadən bildirir ki, Türkiyə Futbol Federasiyası (TFF) Fətullah Gülənlə əlaqədə şübhəli bilinən keçmiş futbolçu Hakan Şükürlə bağlı qərar verib. Federasiyanın qərarına əsasən, bütün futbolçuların yer aldığı "Futbolçular muzeyindən" onun fotoları yığışdırılacaq.
"Qalatasaray" klubu da Hakan Şükürlə bağlı bütün əlaqələri kəsmək üzrədir. Bu barədə klubun prezidenti Dursun Özbək açıqlama yayıb.