20 yaşlı Əbdulrəşid Sadullayev Rusiya üçün Rio-2016-da qızıl medal qazanan ilk idmançı oldu. Onu planetin ən güclü güləşçisi adlandırmaq olar. Təsəvvür edin, 20 yasında mümkün olan bütün titulları qazanıb artıq. Gözlənildiyi kimi Rioda (yarımfinalda Dağıstanda eyni rayondan olduğu Şərif Şərifovu da keçdi) birnəfəsə Olimpiya qızılını da aldı. Və ən maraqlısı bilirsiz, nədir? Belə bir fenomen idmançı doğma kəndində torpaq şumlayır.

Unikal.org publika.az-a istinadən bildirir ki, rusiyalı idmançıların güləş yarışlarında son anda qızılı əldən verməsi pis ənənəyə çevrilmişdi. Bu anda 20 yaşlı dağıstanlı gənc tilsimi qıraraq, olimpiya çempionu adını qazandı.
 
Dağıstanın Çarodin rayonunda boya-başa çatan Sadullayev əkinçiliklə məşğul olan ailəsindən də köməyini əsirgəmir. Heç bilirsiz o, dünya çempionu olandan sonra Olimpiadaya kimi nə işlə məşğul olub? Kənddə torpaq şumlayıb. Ondan səbəbini soruşanda cavabı belə olub: "Atama nə deyim? Deyim ki, Olimpiadaya hazırlaşıram?"