Kanadada polisdə çalışan müsəlman qadınların hicab geyinməsinə icazə verilib.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Skott Bardsli bildirib: "Polis uniformasına bu dəyişikliyin edilməsinə dair qərar Kanada Kral Jandarmeriyasının komissarı tərəfindən verilib.
Onun sözlərinə görə, qərar müsəlman qadınların hüquq-mühafizə orqanlarında xidmətə sövq etmək məqsədilə qəbul olunub.
Məlumata görə, qərar qəbul etməzdən əvvəl polis rəhbərliyi üç cür hicabı nəzərdən keçirib və qadınların xidmət zamanı rahat hərəkət etməsinə mane olmayan baş örtüyündən istifadə edilməsini tövsiyə edib.