Etdikləri işlərlə diqqət mərkəzində olmağı bacaran hakerlər hər zaman insanların diqqətini cəlb edirlər.
Unikal.org Axşam.az-a istinadən tarixdə ad qazanmış 10 məşhur haker haqda məlumat verir.
Beləliklə, onlarla daha yaxından tanış olaq:
1. Conatan Ceyms
İnternetdə "comrade adıyla tanınan Conatan 15 yaşında olarkən Bell South, Miami-Dade, ABŞ Təhlükəsizlik Nazirliyi və NASA-nın hesablarını oğurlaya bilmişdi vəbuna görə azyaşlı kimi məhkum olunmuşdu.
Beynəlxalq Kosmos Stansiyasınıın məlumatlarına sızaraq əməliyyatın kodlarını da ələ keçirə bilmişdi. NASA bundan xəbər tutsa da 3 həftə boyunca vəziyyəti bərpa edə bilməmişdi. Hakerin əldə etdiyi məlumatların dəyəri 1,7 milyon dollardan çox idi. Sonralarda James bənzəri işlərdə ittiham olunub və etmədiyi əməllərə görə məhkum olacağını düşünərək intihar edib.
2. Vladimir Levin
Rus haker Vladimir Levin 1995-ci ildə "Citibankın kompüterlərinə sızaraq, 10 milyon dollara yaxın pulu İsrail, Finlandiya və Kaliforniyadakı banklara yönləndirib. Levin sonralar İnterpol tərəfindən tutulub və 3 il müddətinə həbs olunub.
3. Qari MkKinnon
Şotlandiyalı haker Qari MkKinnon 2001 və 2002-ci illərdə 97 Amerika hərbi şəbəkəsinə sıza bilmişdi. Qari bu saytların hər birinə ayrıca mesaj yazaraq "Təhlükəsizliyiniz bərbaddır fikrini bildirib. Hakerin əsas məqsədi isə UFO-ların varlığını təsdiqləmək olub. ABŞ illərlə Qari MkKinnon-u onlara təslim edilməsi üçün danışıqlar aparıb.
4. Con MkAfee
Tamamilə başqa bir sahədə özünü sınamaq istəyən Con sonradan antivirus proqramı McAfee ilə tanınıb. Belə ki, Belizada yaşayarkən bitkilər üzərində araşdırma aparan Conun hətta özünə aid laboratoriyası da mövcud imiş. Amma hökümət onun bu laboratoriyada narkotik hazırladığını iddia edərək, bağlamışdı. Bundan sonra Beliza hökümətindən əvəz çıxmağa çalışan McAfee, hökümətə aid bütün kompüterlərə sıza bilmiş və hökümət əleyhinə sənədlər əldə etmişdir. Sonradan haker ölkədən qaçıb və özünə məxsus olan McAfee antivirus markasını yaratmışdı.
5. Astra
Əsl adı məlum olmayan bu hakerin kimliyi heç vaxt açıqlanmayıb. Sadəcə 58 yaşlı riyaziyyatçı olduğu bilinir. Əsli yunanlı olan bu haker Fransa şirkəti olan "Dassault Groupun kompüterinə sızmış, şirkətə məxsus silah texnologiyaları haqda məlumatı müəyyən məbləğə başqa şirkətlərə satırmış. 5 il davam edən bu prosesə görə şirkət 360 milyon dollar ziyan çəkmişdi.
6. Stiv Vozniak
"Appleın qurucularından biri olan Stiv, əvvəllər haker olaraq böyük işlərə imza atmağa nail ola bilib. Belə ki, Stiv şəhərlərarası pulsuz telefon görüşlərini təmin etmək üçün cihaz da hazırlayıbmış. Stiv "Mavi qutu adlandırılan bu cihazla Roma Papası ilə əlaqə saxlamağa çalışıb.
7. Ceyms Kosta
Kosta bu işlərə 14 yaşında başlayıb. Bunların arasında banklar, "General Electric və "IBM kimi şirkətlər yer alır. Kiçik yaşlarda 45 belə kiber cinayətə imza atan Kosta, 20 yaşında artıq CIA-nin Afrika və Orta Şərq üzrə casusu işləyirdi. 24 yaşında qurduğu bir internet şirkətini isə "milyon dollarlar qarşılığında satıb.
8. Kevin Mitnik
Gənc yaşlarda pulsuz telefon danışıqları təşkil etmək üçün "Sun Microsystems və "Novell kimi şirkətlərdən kod oğurluğu edib. Çoxlu sayda fırıldaqçılıq işlərində günahkar hesab olunaraq 5 il həbs cəzası alıb. Həbsdən sonra isə təhlükəsizlik məsləhətçisi kimi fəaliyyət göstərməkdədir.
9. Adrian Lamo
"Evsiz hacker olaraq tanınan Lamo, ABŞ ordusuna sızaraq özəl məlumat bazasına daxil ola bilib. Minlərlə insanın məlumatını ələ keçirən Lamo, hökümətə böyük ziyan vermişdi. Buna görə Lamo 2 il icbari iş və 65 min dollar pul cəzası alıb.
10. Devid Smit
Smit, Melissa adlı troyan virusunu yazan adamdır. Bu virus ilk uğurlu e-mail virusu olaraq tanınır. Qısa zamanda virus geniş kütləyə yayıldı və 80 milyon dollar zərər verdi. Amma hakerin bu əməli cəzasız qalmayıb. 20 ay həbs olunan hacker ən təhlükəli hakerlər siyahısına adını yazdıra bildi.